Baş katibin köməkçisi: NATO-Azərbaycan tərəfdaşlığından hər iki tərəf faydalanırbackend

Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır.

“Yeni Gundem” xəbər verir ki, bunu NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi, general Devid Kettler Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra bildirib.

“Azərbaycanın NATO-dakı missiyasına və Hikmət Hacıyevə zəngin müzakirəmizə görə təşəkkür edirəm. Azərbaycan 20 ildən çoxdur ki, NATO ilə tərəfdaşlıq edir. Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”, – Kettler qeyd edib.