İsrailin hücumları zamanı Qəzza zolağında həyatını itirən uşaqların xatirəsinə İngiltərənin paytaxtı Londonda baş nazir iqamətgahı yaxınlığında 450-dən çox simvolik uşaq tabutu qalıb.
İngiltərənin paytaxtı Londonda İsrailin Qəzza zolağına hücumlarına etiraz edilib. Paytaxtda toplaşan Fələstin tərəfdarı qrup İsrailin hücumlarında həlak olan fələstinli uşaqların xatirəsinə 450-dən çox simvolik uşaq tabutunu baş nazirin iqamətgahının yerləşdiyi küçənin kənarına qoyaraq, İsrailin Qəzza zolağına hücumlarına etiraz edib.
Uşaqların da iştirak etdiyi nümayişdə simvolik tabutların üzərinə İsrailin hücumlarında həyatını itirən fələstinli uşaqların adları və yaşları yazılıb.
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 6 min 150-si uşaq olmaqla 15 mindən çox insan həyatını itirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal