Gürcüstanın baş naziri İrakli Qaribaşvili paytaxt Tbilisidəki Hökumət Administrasiyasının binasında keçirilən xüsusi mətbuat konfransında kameralar qarşısına keçərək vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qaribaşvili deyib: “Əziz dostlar, mən nümayəndə heyəti ilə müzakirə etdiyimiz qərarı ictimaiyyətə çatdırmaq istərdim. Bu gün mən baş nazirlikdən gedirəm. Ötən ilin sonunda mən üç illik fəaliyyətimlə bağlı geniş hesabatı ictimaiyyətə təqdim etdim. Bildiyiniz kimi, mən ən çətin dövrdə, daxili və xarici siyasi, iqtisadi və sosial böhran şəraitində ikinci müddətə hökumət başçısı kimi fəaliyyətə başladım. Mən açıq şəkildə vətənimizə xidmət etmişəm. Ölkəmizin və xalqımızın mənafeyini güzəştə getmədən müdafiə etdim və bu müddət ərzində komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm.”
Siyasi komandamızın gücünü göstərən əsas amillərdən biri daxili demokratiyadır ki, bunun ən bariz təzahürü rotasiya prinsipidir. Komandada çoxlu uğurlu liderlər var və başqalarına da imkanlar vermək lazımdır. Üstəlik, ona görə ki, biz yeni çağırışlarla qarşı-qarşıyayıq, payızda keçiriləcək seçkilərdə yeni parlament seçəcəyik və “Gürcü Arzusu” Partiyası daha böyük hədəflərə çatmaq üçün irəliləməyə davam etməli və inamlı seçki qələbəsinə hazırlaşmalıdır.
Bu siyasi reallığa əsaslanaraq, təklif aldım. Siyasi Şuradan partiya sədrliyi, bu mövzuda qurultay 1 fevralda keçiriləcək. Komanda yoldaşlarıma, həyat yoldaşıma, övladlarıma və valideynlərimə dəstək olduqları üçün təşəkkür edirəm “Ümid edirəm ailəmə daha çox vaxt ayıra biləcəm. İndi ölkəmizə sülh, firavanlıq və birlik arzulayıram”.
Qaribaşvili 2013-cü ildə baş nazir vəzifəsinə gəlib, 2015-ci ildə tutduğu vəzifədən istefa verib və 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın baş naziri seçilib.
Gürcüstan mətbuatında yer alan xəbərlərdə Qaribaşvilinin hakim partiyanın sədri İrakli Kobaxidzenin gürcü Hayali ilə əvəz olunacağı iddia edilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal