Baş nazir Modi suyun altında dua etdibackend

Baş nazir Modi müqəddəs hesab edilən ritualın bir hissəsi olaraq suyun altında dua edib. “Bu, çox ilahi bir təcrübə idi” Modi deyib.

Hindistanın baş naziri Narendra Modi Qucarat əyalətinin Dvarka şəhərində suya dalış edib. Modi suyun altında olduğuna inanılan qədim məbədin yerində dua edib.

Dalışı “ilahi təcrübə” kimi xarakterizə edən Baş nazir Modi özünü “mənəvi əzəmətin qədim dövrünə bağlı” hiss etdiyini söyləyib.

“Su altında qalmış Dvarka şəhərində dua etmək çox ilahi bir təcrübə idi” akvalanqda dalğıc avadanlığı taxaraq deyib.

Hindu kitablarında adı çəkilən əfsanəvi şəhər olan Dvarkanın “qorunma, xeyirxahlıq, şəfqət və sevgi tanrısı” olan Lord Krişna tərəfindən idarə olunduğu güman edilir.

Hindistandakı inanca görə, Krişna dünyanı tərk etdikdən sonra şəhər dəniz tərəfindən udulub.

Baş nazir Modi sualtı namazı ilə bağlı aşağıdakı açıqlamaları verdi:

“Bu gün mənimlə əbədi qalacaq o anları yaşadım. Mən dənizin dərinliyinə getdim. Arxeoloqlar sualtı Dvarka şəhəri haqqında çox yazıblar.

Müqəddəs yazılarımızda da deyilir ki, Dvarka gözəl darvazaları və hündür binaları olan yüksək şəhərdir. Tanrı Krişna bu şəhəri özü tikdi”.

Mənbə: EnSonHaber

Aynur Camal