Baş nazir Paşinyan: Ermənistan Rusiyanın müttəfiqi deyilbackend

Ölkəsinin Moskva ilə dialoquna işarə edən Paşinyan Ukrayna müharibəsini xatırladıb. Paşinyan Rusiyanın müttəfiqi olmadıqlarını desə də, Aİ ilə münasibətləri yüksək qiymətləndirib.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı (Aİ) və Rusiya ilə münasibətlərini dəyərləndirib. Paşinyan deyib ki, onların Aİ ilə əlaqələri “açıq şəkildə dərinləşir”.

Ölkəsində demokratik islahatları davam etdirdiyini deyən Paşinyan “güclü qonşuları” ilə sülhü qorumağa çalışdıqlarını da bəyan edib. Ukraynadakı müharibənin təsirlərinə işarə edən Paşinyan bunun Rusiya ilə Qərb arasında seçim etmək demək olmadığını vurğulayıb.

“Biz Rusiyanın müttəfiqi deyilik”

Moskvanın müttəfiqi olmadıqlarını deyən Paşinyan The Telegraph-a açıqlamasında bunları deyib: “Ukrayna müharibəsi yeni başlayanda CNN-ə müsahibə verdim. Dedim ki, müharibə olacağı təqdirdə biz Rusiyanın müttəfiqi deyilik. Bu həqiqətdir. Tərəfdaşlarımızın təhlükəsizliklə bağlı narahatlıqları ola bilər. Bu, onlarla ümumi gündəmləri haqqında çox şəffaf şəkildə danışaraq idarə etməyə çalışdığımız bir şeydir”.

Baş nazir Paşinyan qeyd edib ki, Rusiya üçün “aydın qırmızı xətt” olan NATO-ya üzvlük onların “müzakirə etdikləri və ya müzakirə etməyə davam etdiyi” məsələ deyil.

Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin “dərinləşdiyini” izah edən Paşinyan çıxışını bu ifadələrlə davam etdirib:

“Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin getdikcə yaxınlaşdığı aydın görünür. Çünki beynəlxalq ictimaiyyətin fikrincə, demokratik islahatların həyata keçirilməsində gözə çarpan uğurlarımız var”.

Paşinyan Rusiyanın “dəyərli təhlükəsizlik tərəfdaşı” olaraq qaldığını israr etsə də, Qarabağ müharibəsində onların bu ölkədən hərbi dəstək almadıqlarını həmişə vurğulayır.

Ermənistanın artıq təkcə Rusiyaya arxalana bilməyəcəyini deyən Paşinyan ABŞ və Fransa ilə təhlükəsizlik münasibətləri qurmalı olduğunu açıq şəkildə bildirir.

Mənbə: EnSonHaber

Aynur Camal