Baş Nazirin Katibliyinin rəisi o oldubackend

Nazirlər Kabinetinin yeni strukturunda ilk kadr təyinatı həyata keçirilib. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə Ələsgər Ələsgərov təyin olunub.

Qeyd edək ki, köhnə strukturda Ə. Ələsgərov Baş Nazirin köməkçisi vəzifəsini daşıyırdı.

Xatırladaq ki, Baş Nazirin Katibliyinin rəisi Ərəstu Həbibbəyli idi. Ə. Həbibbəyli parlamentin Elm və təhsil komitəsinin sədri, deputat İsa Həbibbəylinin oğludur. O, bu vəzifəyə 2018- ci ilin iyul ayında təyin edilmişdi.