Baş Prokurorluğ Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yaydıbackend

9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Baş Prokurorluqdan “Yeni Gündəm”-ə verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.