Baş Prokurorluq Təbriz Abdullayevlə bağlı məlumat yaydıbackend

Avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.