Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski deyir ki, Baxmut istiqamətində intensiv döyüşlər davam edir, işğalçılar şəhərin mərkəzinə doğru irəliləməyə çalışırlar, lakin müdafiə qüvvələri onlara imkan vermir.
“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir.
“Baxmutun müdafiəsi davam edir, bütün cəbhə xəttində Şərq Qüvvələr Qrupunun məsuliyyəti zonasında intensiv döyüşlər gedir”, – Sirski qeyd edib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Baxmut istiqamətində xeyli itki verir.
“Baxmut istiqamətində düşmənin texnikası, canlı qüvvəsi və anbarları daim məhv edilir”, – Aleksandr Sirski bildirib.
Fərahim Rəhimov