Bayden “müharibə qanunu” sualına səssiz qaldıbackend

ABŞ prezidenti Co Bayden İsrailin müharibə qanunlarına uyğun hərəkət edib-etməməsi ilə bağlı suala cavab verməyib.İsrail səfərindən qayıdarkən təyyarədə mətbuata açıqlama verən Bayden, “Sizcə İsrail müharibə qanunlarına uyğun hərəkət edirmi?”

“Yeni Gundem” xəbər verir ki, prezident sualı cavabsız qoymağı seçib.

Bayden sualı cavablandırmaq əvəzinə “Sizinlə danışmaq xoş idi” deyərək yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ prezidenti İsrail mətbuatında ABŞ administrasiyasının rəsmilərinin Hizbullahın İsrailə qarşı müharibəyə başlayacağı təqdirdə ABŞ ordusunun bu mübarizədə İsrail ordusuna dəstək verəcəyi barədə açıqlamaları ilə bağlı xəbərləri də təkzib etmişdi.

Mənbə: TrtHaber

Aynur Camal