Bayden Netanyahuya şəxsi müraciət edib   backend

Bayden, Qəzza zolağında humanitar fasilə üçün Netanyahuya şəxsi müraciət etdiyini açıqlayıb.ABŞ prezidenti Joe Bidein jurnalistlərə bildirib ki, son telefon danışığı zamanı o, şəxsən İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağında humanitar fasilə elan etməsini istəyib, lakin cavabın nə olduğunu açıqlamayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Bayden Netanyahudan bazar ertəsi telefon danışığı zamanı fasilə istəyib.

Bundan əvvəl Axios portalı Amerika və İsrail rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS döyüşçüləri tərəfindən saxlanılan məhbusların azad edilməsi məsələsinin həlli üçün döyüşlərdə üç günlük fasilə ilə razılaşmağa çağırıb.

ABŞ, İsrail və Qətər arasında müzakirə edilən təklifə görə, HƏMAS 10-15 girovu azad edəcək. Eyni zamanda Netanyahu Baydenə deyib ki, o, HƏMAS-a etibar etmir və hərəkatın razılaşmaya hazır olduğuna inanmır. Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirmişdi ki, Qəzzada saxlanılan girovlar geri qaytarılmadan humanitar fasilə olmayacaq.

İsrailin baş naziri Benyamin Netanyahu da oxşar ritorikadan istifadə edib. O, əsir götürülmüş israillilər azad edilənə qədər Qəzza zolağında atəşkəsin olmayacağını bildirib. Eyni zamanda, onun sözlərinə görə, qoşunlar, xüsusən də humanitar yardımların buraxılması üçün qısa fasilələr ediblər.

Mənbə: Lenta.Ru

Aynur Camal