Bayden Paşinyanı təbrik etdibackend

ABŞ Prezidenti Cozef Bayden Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı uğurlu parlament seçkiləri münasibətilə təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ Prezidenti bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

“Ermənistan xalqını və Baş nazir Nikol Paşinyanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Ermənistanla tərəfdaşlığımız demokratik islahatlar və münaqişələrin həlli sahəsində ortaq dəyərlərə və əməkdaşlığa əsaslanır. Bu tərəfdaşlığın gücləndirilməsinə sadiqik”, – deyə Bayden qeyd edib.