Bayden Talibanla əlaqələri genişləndirməkdən imtina etdibackend

Qoşunların Əfqanıstandan çıxarılmasından iki il sonra ABŞ prezidenti Co Baydenin administrasiyası Taliban (Rusiyada qadağan olunmuş terror təşkilatı) ilə əlaqələri genişləndirməkdən imtina etdir.

“Yeni Gundem” bu barədə “The New York Times”in yazdığını xəbər verir.

Nəşr həmçinin qeyd edib ki, ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra bu ölkə vətəndaş müharibəsindən yayınıb. Taliban bir çox məqamlarda insan hüquqlarını pozsa da, korrupsiyaya qalib gələ və Əl-Qaidə (Rusiyada qadağan olunmuş) kimi terror qruplarına qarşı mübarizə apara bilib.

Lakin ABŞ Əfqanıstana faktiki nəzarət edən hərəkatla əlaqələri genişləndirməkdən imtina etdiyni açıqlayıb.

Baxmayaraq ki, Vaşinqtonun humanitar yardımı ölkədə ifrat yoxsulluğu aradan qaldıra, eləcə də su təchizatı, enerji sistemi və ya bank işi ilə bağlı problemlərin həllinə kömək edə bilər. Bundan əlavə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar xarici investisiyaları məhdudlaşdırır və iqtisadi vəziyyəti daha da gərginləşdirir.

Dövlət Departamentinin sözçüsü Vedant Patel aprel ayında deyib ki, “Talibanın hər hansı tanınmasından söhbət gedə bilməz”. Nəşr təklif edir ki, Bayden 2024-cü ildə yenidən prezidentliyə seçilərsə, bu vəziyyət dəyişə bilər.

Xatırladaq ki, ötən aylarda Taliban qadınların Bandi Amir Milli Parkını ziyarət etməsinə qadağa qoyub. Səlahiyyətlilərin bildirdiyinə görə, parkda qadınlar hicab taxmaq qaydalarını pozublar və ya ümumiyyətlə geyinməyiblər.

Mənbə: Lenta.Ru

Aynur Camal