Baydenin bu addımı bütün dünyada manşetlərə çevrildibackend

ABŞ prezidenti Co Bayden administrasiyası F-16-ların Türkiyəyə satışını dəstəkləyib. ABŞ prezidenti F-16-ların Türkiyəyə satışını təsdiqləmək üçün Konqres üzvlərinə məktub göndərib.

Baydenin göndərdiyi məktub siyahının başında dünya gündəminə daxil olub.

ABŞ prezidenti Co Bayden F-16-ların Türkiyəyə satışını təsdiqləmək üçün Konqres üzvlərinə məktub göndərib.

Nümayəndələr Palatasının və Senatın xarici əlaqələr komitələrinin üzvlərinə daha bir məktub göndərilib: “Bayden rəsmi satış icazəsi prosesini başlatmaq niyyətindədir”. ABŞ-ın qabaqcıl qəzetlərindən olan “New York Times” bu inkişafı “Bayden Konqresi Türkiyəyə F-16 satışını tez bir zamanda təsdiqləməyə çağırır” başlığı ilə oxucularına açıqlayıb.

 

 

 

 

 

 

 

 

Xəbərdə Vaşinqtonun son vaxtlar İsveçin NATO-ya üzvlüyü və F-16-ların satışı ilə bağlı diplomatik təmaslar etdiyi vurğulanıb.

Mənbə: Ahaber

Aynur Camal