Nəsimi rayonu ərazisində yerləşən parkların birində oğurluq olub.
“Yeni Gündem” xəbər verir ki, hadisə ötən il dekabrın 31-də qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini bir nəfərin 300 manat dəyərində qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Əhmədov, E.Maqdiyeva və E.Quliyev saxlanılıblar.