BDU-nun rüşvətə görə işdən çıxarılan müəllimi həbs edilib? – RƏSMİ AÇIQLAMAbackend

Bakı Dövlət Universitetinin (BDU) rüşvət aldığına görə işinə xitam verilən müəllimi Sədaqət Əhmədovanın həbs edildiyi iddia olunur.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Baş Prokurorluqdan “Yeni Gündəm”-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluqda heç bir araşdırma aparılmayıb.

Qeyd: Sədaqət Əhmədova ilk imtahandan keçmək üçün tələbədən 3-5 min manat miqdarında pul tələb etdiyinə görə əmək müqaviləsinə xitam verilib.