Stanford Tibb Mərkəzinin alimləri izah ediblər ki, bədən istiliyinin vahid standartı yoxdur – bu, hər bir insan üçün fərdi olur. Onu hesablamaq üçün tədqiqatçılar xüsusi kalkulyator yaradıblar.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Tədqiqatçılar bildiriblər ki, bədən istiliyi yaşa, cinsə, boyuna, çəkiyə və hətta günün saatına görə dəyişir. Bundan əlavə, təxminən 38 dərəcə Selsi temperaturu soyuqdəymə və digər xəstəliklərin mövcudluğundan xəbər verə bilməz.
Alimlər 2008-ci ildən 2017-ci ilə qədər Stanford Tibb Mərkəzində müşahidə edilən böyüklərdən alınan 600 min ağız temperaturu göstəricisini təhlil ediblər. Temperaturun dəyişməsinə səbəb olduğu bilinən dərman qəbul edən xəstələr tədqiqatdan kənarlaşdırılıb.
Təhlillər göstərib ki, kişilərin hərarəti qadınlardan daha aşağıdır. Bundan əlavə, temperatur norması yaşla azalır. İnsanın daha böyük çəkisi və boyu, əksinə, onu yüksəlməyə məcbur edir. Digər vacib göstərici günün vaxtıdır. Temperatur adətən səhər aşağı, axşam isə daha yüksək olur.
Hündürboylu, çəkisi az olan 80 yaşlı kişinin normal temperaturu səhər saat 8-də 36,8 dərəcə Selsi olur. Qısa, kök 20 yaşlı qadında bu rəqəm 14:00-da 37,9 dərəcəyə yüksələcək.
Tədqiqatçılar ümid edir ki, fərdi normal temperaturunuzu bilmək insanlara sağlamlıq vəziyyətini daha yaxşı idarə etməyə kömək edə bilər. Yeni kalkulyatordan istifadə etməklə hesablama bizə bütün insanların bədən istiliyinin 36,8-37,3 dərəcə olmasını tələb edən ənənəvi normalardan kənara çıxmağa imkan verəcək.
Mənbə: mail.ru
Aynur Camal