Bədəndə B12 vitamini çatışmazlığının təhlükəli nəticələribackend

“Bədəndə B12 vitamini çatışmazlığı ürək və damar xəstəliklərinə səbəb olur”.Barselona Universitetinin alimləri müəyyən ediblər ki, B12 vitamini çatışmazlığı ürək-damar xəstəlikləri və şəkərli diabet riskinin artmasına gətirir.

“Yeni Gundem” xəbər verir ki, tədqiqatın nəticələri Wiley Online Library-də dərc olunub.

B12 vitamini insan sağlamlığı üçün vacibdir. Onun çatışmazlığı diabet, ürək və damar xəstəliklərinin inkişafına səbəb ola bilər. Alimlər bu şərtlərin bədəndə artan iltihab markerləri ilə əlaqəli olduğunu müəyyən etdilər. İltihab markerləri fizioloji və ya patoloji prosesin göstəricisi kimi xidmət edən müəyyən bioloji aktivliyə malik olan maddələrdir.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, insanın orqanizmində B12 vitamini nə qədər çox olarsa, iltihabın göstəriciləri bir o qədər aşağı olur. Bu o deməkdir ki, B12 diabet və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alan qoruyucu təsir göstərə bilər.

Məlumdur ki, insan orqanizmində B12 vitamininin konsentrasiyası yaşla azalır.

Siçanlar üzərində aparılan bir araşdırma göstərdi ki, gəmiricilərdə bu vitaminin səviyyəsi ömür boyu sabit qalır.

Alimlər təklif edirlər ki, siçanların öyrənilməsi yaşlı insanlarda B12 çatışmazlığının qarşısını almaq üçün effektiv strategiyaların hazırlanmasına gətirib çıxaracaq. Bundan əlavə, tədqiqatçılar B12 vitamini əlavələrinin müxtəlif xəstəliklərin müalicəsində təsirli olub olmadığını öyrənməyi planlaşdırırlar.

Mənbə: gazeta.ru

Aynur Camal