BƏƏ – beynəlxalq ticarət və logistika məkanıbackend

BƏƏ-in Bakıdakı səfirliyi, Dubay Palatası və DP World BƏƏ – beynəlxalq ticarət və logistika məkanı mövzusuna həsr edilmiş vebinar keçirilib.

Bu barədə “Yeni Gundem”-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən missiya rəhbərinin müavini Abdalla Alshamsi Birləşmiş Ərəb Əmirliklərinin dünya səviyyəli beynəlxalq ticarət və logistika məkanı kimi nailiyyətlərindən danışıb.

“Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşən BƏƏ qlobal ticarət şəbəkəsində unikal mövqeyə malikdir”, deyən cənab Alshamsi qeyd edib ki, BƏƏ-nin innovasiyalara sadiqliyi Əl Maktum Beynəlxalq Hava Limanı və Dubay Beynəlxalq Hava Limanının genişləndirilməsi kimi dünya səviyyəli hava daşımaları obyektlərinin inkişafına səbəb olub. O vurğulayıb ki, fiziki infrastrukturdan əlavə, BƏƏ həm də çoxmillətli korporasiyaları və kiçik biznesləri cəlb etmiş olan biznes üçün əlverişli mühit yaradıb.

Sonda cənab Alshamsi Azərbaycandan olan iş adamlarını BƏƏ investisiya fürsətlərindən faydalanmağa dəvət edib.