BƏƏ-də tarixi məqam: Modinin iştirakı ilə hindu məbədi açılıbbackend

BƏƏ-nin paytaxtı Əbu-Dabidə inşa edilən hindu məbədi Hindistanın baş naziri Narendra Modinin iştirakı ilə möhtəşəm mərasimlə açılıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Hindistanın baş naziri Modinin iştirakı ilə hindu məbədi açılıb. Mərasimdəki çıxışında Modi BƏƏ-yə verdiyi töhfələrə görə təşəkkür edib. O, BƏƏ-nin Dubaydakı Bürc Xəlifə və Əbu-Dabidəki Şeyx Zayed məscidi kimi ikonik strukturları ilə öz şəxsiyyətinə yeni mədəniyyət qatdığını vurğulayıb.

Məbədin açılışı BƏƏ-nin böyük hindu icması üçün də böyük əhəmiyyət kəsb edir. Bu, bölgədə yaşayan 3,3 milyondan çox hinduya ibadət etmək və dini ənənələrini davam etdirmək imkanı təqdim edəcək. Mərasimin digər görkəmli iştirakçıları arasında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar da var.

Tarixi hadisə BƏƏ ilə Hindistan arasında dostluq və əməkdaşlığın göstəricisi kimi şərh olunur. Son illər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əlaqələr qurulub.

2019-cu ildə BƏƏ-də rəsmi mərasimlə təməli qoyulan Hindu məbədi Dubay və Əbu-Dabi şossesi yaxınlığında 55 min kvadratmetr sahədə inşa edilib.

Mənbə: TGRT

Aynur Camal