Bölgəyə hər il 8 milyon turist cəlb etməyi hədəfləyən layihənin təfərrüatları açıqlanıb. Turizm sənayesi Misirin şimal sahillərində qurulacaq.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirak etdiyi layihə çərçivəsində 150 milyard dollardan çox investisiya qoyulacaq.
Ras əl-Hikmə Şəhərinin İnkişafı Layihəsi regionda turizmi daha da stimullaşdırmaq məqsədi daşıyır.
Şəhərin cənubunda otel, əyləncə mərkəzləri, turizm obyektləri, maliyyə və biznes mərkəzinin yaradılması və beynəlxalq hava limanının tikintisini əhatə edən layihənin hər il bölgəyə 8 milyon turistin gəlməsinə töhfə verəcəyi gözlənilir.
Misir fevralın 23-də ölkənin qərbindəki Ras əl-Hikmə bölgəsini inkişaf etdirmək üçün BƏƏ ilə tarixinin ən böyük və 35 milyard dollarlıq birbaşa investisiya müqaviləsini imzaladığını açıqlayıb.
Razılaşmadan sonra keçirilən mətbuat konfransında Misirin Baş naziri Mustafa Medbuli layihənin maliyyə detallarını açıqlayıb.
“Birincisi 35 milyard dollarlıq birbaşa xarici investisiyadır. Misir iki ay ərzində 15 milyard dollarlıq ödəniş alacaq, 20 milyard dollarlıq ikinci ödəniş isə iki aydan sonra gələcək” deyən Medbuli, BƏƏ-nin layihənin həyata keçirilməsi müddətində ən azı 150 milyard dollar töhfə verəcəyini bildirib.
Medbuli, layihənin ikinci mərhələsində Misirin payının yüzdə 35 ətrafında olacağını paylaşdı. Ras Əl-Hikmə Layihəsinin turizmin əsas valyuta mənbələrindən biri olduğu Misirdə sektora keyfiyyətli töhfə verəcəyi gözlənilir.
Misirin Turizm və Tarixi Abidələr naziri Əhməd İsa 2023-cü ildə Misirə gələn turistlərin sayının 2010-cu ildə qeydə alınan ən yüksək göstərici olan 14,7 milyonu keçərək 14,9 milyona çatdığını bildirib.
Şəhərin cənubunda otel, əyləncə mərkəzləri, turizm obyektləri, maliyyə və biznes mərkəzinin yaradılması və beynəlxalq hava limanının tikintisini əhatə edən layihənin hər il bölgəyə 8 milyon turistin gəlməsinə töhfə verəcəyi gözlənilir.
Son illərdə mühüm tədbirlərə ev sahibliyi edən BƏƏ, sektora qoyduğu sərmayələrlə turizmin əhəmiyyətli qlobal məkanına çevrilib.
Bölgənin qış məkanına çevrilmək üçün intensiv fəaliyyət göstərən BƏƏ iş turizmi və sərgilər baxımından da mövqeyini gücləndirir.
Keçən il BƏƏ-yə, əsasən də Dubaya gələn xarici turistlərin sayı 22 milyonu keçib. Bu çərçivədə 2022-ci ildə 14,36 milyon turisti qəbul edən Dubay, 2023-cü ildə 17,15 milyon beynəlxalq turisti qəbul edib.
Dubay üçüncü il dalbadal dünyanın ən böyük səyahət platforması olan Tripadvisor tərəfindən “Travellers’ Choice Awards 2024” müsabiqəsində ən yaxşı qlobal istiqamət seçildi.
Mənbə: EnSonHaber
Aynur Camal