Fransanın Reunion adasını vuran “Bela” qasırğası nəticəsində bir nəfər ölüb. Qasırğa səbəbindən 100 min evin işıqsız qaldığı öyrənilib. Belal qasırğası Fransanın Hind okeanında yerləşən Reunion adasını vurub. Şiddətli yağış və küləyin təsirli olduğu adada səlahiyyətlilər yüksək həyəcan təbili çalıb və əhaliyə evlərində qalmaları barədə xəbərdarlıq edib. Təxminən 860 min insanın yaşadığı adada küçədə yaşayan 1 nəfərin öldüyü bildirilib.
Reunion qubernatoru Jerome Filippini mətbuat konfransında “Biz proqnozlaşdıra biləcəyimiz fəlakət səviyyəsindən aşağıdayıq. Bu bizim üçün yaxşı xəbərdir, lakin Reuniondakı qasırğa hələ bitməyib. Çərşənbə axşamı səhərə qədər dayanmalıyıq” deyib. Filippini qasırğa səbəbindən 100 min evin işıqsız qaldığını, 37 min evdə isə su kəsildiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron sosial media hesabından verdiyi açıqlamada “Ehtiyatlı olun, evdə qalın. Dövlət sizin üçün səfərbərdir” deyib.
Digər tərəfdən, Reunion adasının şərqində yerləşən Mavrikiydəki səlahiyyətlilər də təşvişə düşüb. Ölkədə məktəblər bağlanarkən, əhali güclü külək və yağışlara qarşı diqqətli olmağa çağırılıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal