Oğuzda bələdiyyə binası yanıb.
“Yeni Gündem”in məlumatına görə yangın hadisəsi gecə saatlarında rayonun Filfilli kənd bələdiyyəsinin inzibati binasında baş verib.
Yanğın baş verən əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində 100 kv/m sahəsi olan bələdiyyə binası 50 kv/m sahədə yanıb.Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.