Belqradda meriyaya basqınbackend

Serbiyanın paytaxtı Belqradda seçkilərin təkrarlanmasını istəyən hökumət əleyhinə etirazçılar bələdiyyə binasına daxil olmağa cəhd ediblər.

Serbiya polisi hadisələri yatırmaqda çətinlik çəkib. Müxalifətin “Serbiya Zorakılığa Qarşı” Alyansı paytaxtda keçirilən yerli seçkilərdə hökumətin şəhər xaricindən minlərlə insanı Belqrada gətirdiyini və bu yolla seçkilərdə qalib gəldiyini iddia edib. Bu iddia Belqradda səs-küyə səbəb olub.

Hökumət əleyhinə etirazçılar şəhər meriyasına girməyə cəhd ediblər. Binanın şüşələri sındırılıb.

Polis etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Etirazçılar Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı şüarlar səsləndiriblər.

Paytaxtda baş verən hadisələr polisin müdaxiləsi ilə yatırılıb. Şəhər meriyasında gərginlik azaldığından bir çox polis əməkdaşları binada və ətrafında geniş təhlükəsizlik tədbirləri görüblər. Vuçiç hadisələrdən sonra kameralar qarşısına keçib. O, paytaxtdakı iğtişaşların səbəbinin xarici qüvvələr olduğunu iddia edib.

 Müxalifətə müraciət edən Serb lideri “Zorakılığa qarşı mübarizə aparanların kimlər olduğu ortaya çıxdı” deyib.

Müxalifət liderləri bələdiyyə binasını xarabalığa çevirənlərin agent təxribatçıları olduğunu iddia edirdilər.

Dekabrın 17-də həm parlament, həm də yerli seçkilər üçün sandıq başına gedən Serbiyada prezident Aleksandr Vuçiçin “Serb Tərəqqi Partiyası” SNS 46 faizdən çox səslə seçkilərdə qalib gəlib.

Vuçiç seçkilərdə qalib gəldiyini elan etsə də, o vaxtdan bəri ölkədə debatların sonu yoxdur. Müxalifət seçkilərdə pozuntuların olduğunu iddia edərək səslərin yenidən hesablanmasını tələb edir. Bəzi müxalifət deputatları aclıq aksiyasını davam etdirirlər.

Nəhayət, ölkədəki seçki şurası təxminən 30 yerdə yeni seçkilər keçirmək qərarına gəlib. Seçilmiş rayonlardakı insanlar dekabrın 30-da yenidən seçkiyə gedəcəklər.

Mənbə: Ntv.Tr

Aynur Camal