Rusiyada benzin bir həftədə 26 qəpik, dizel isə 81 qəpik bahalaşıb.Avqustun 21-dən 28-dək olan həftə ərzində Rusiyada benzinin orta qiyməti 26 qəpik – litri 54,54 rubl, dizelin bir litrinin qiyməti isə 81 qəpik artaraq 60,84 rubl təşkil edib.
“Yeni Gundem” xəbər verir ki,bu barədə Rosstat-ın məlumatında deyilir.
Qeyd olunur ki, A-92 markalı benzinin qiyməti 19 qəpik – 50,42 rubla qədər, A-95 markalı benzinin qiyməti 22 qəpik artaraq 55,07 rubla, A-98 markalı benzinin qiyməti 55 qəpik artaraq 66 rubl olub.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, bu gün daxili Rusiya bazarında yanacaq qıtlığı yoxdur.
Avqustun 30-da Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında Aİ-95 markalı benzinin qiyməti çərşənbə günü ticarətin yekunlarına əsasən, yenidən tarixi rekordunu yeniləyərək ton üçün 74 min rubl həddinə yaxınlaşıb.