BƏSTƏKAR SEVINC TOFIQQIZININ “SÜLHÜN YARANMASI” FILMI TƏQDİM OLUNDU- FOTO VIDEObackend

Dünyanın sülhə ehtiyacı var. Ən kiçik münasibətlərdən tutmuş, müharibəyə səbəb ola biləcək münaqişəli siyasət müstəvilərinə qədər dünya sülhə möhtacdır. “Sülhün yaranması” pantomima filminin əsas ana xətti də, məhz sülhə çağırışa həsr olunub.

“Yenigundem” xəbər verir ki,“Qafqaz” Biznes Mərkəzində “Sülhün yaranması” adlı pantomima filminin təqdimat mərasimi keçirilib. Rejissoru Rauf Əhmədov, operatoru Emin Hüseynov, bəstəkarı Sevinc Tofiqqızı olan bu ekran əsəri Azərbaycanda ilk pantomima filmidir.

Filmin təqdimatında jurnalistlər, Qarabağ müharibəsi iştirakçıları, hərbçilər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl bəstəkar Sevinc Tofiqqızı film haqqında qısa məlumat verib, yaradıcı heyəti iştirakçılara təqdim edib. Bu filmin Avropa festivallarında da nümayiş olunacağını söyləyən Sevinc Tofiqqızı qeyd edib ki, biz bu əsərlə Azərbaycanın sülh niyyətli olduğunu dünyaya bəyan edəcəyik.

Filmin nümayişindən sonra tədbir iştirakçıları fikirlərini bölüşüblər, günümüz üçün aktual olan mövzunun filmdə yetərincə mükəmməl təqdim olunmasını söyləyiblər, yaradıcı heyətə növbəti uğurlar arzulayıblar.

Təqdimat mərasiminin sonunda bəstəkar Sevinc Tofiqqızı mənəvi dəstək olduqlarına görə iştirakçıları mükafatlandırıb.

Qeyd edəki,təqdimatın aparıcısı Fəridə Nizamiqızı idi