Beyin çipi taxılan iflic xəstə oyun oynaya bildibackend

ABŞ-lı milyarder İlon Maska məxsus Neuralink neyrotexnologiya şirkəti elmdə yeni çığır açıb. Dalğıc zamanı qəza keçirərək boyundan aşağı iflic olan 29 yaşlı Noland Arbaugh yanvar ayında beyninə yerləşdirilmiş “telepatiya” çipi sayəsində kompüterdən istifadə edə bilib. Düşüncə gücü ilə kompüterin kursorunu idarə etməyi bacaran Arbaugh onlayn şahmat oynayıb.

Neuralink şirkətinin canlı yayımında açıqlama verən Arbaugh, şahmat oynamağı çox sevsə də, qəzadan sonra oynaya bilmədiyini bildirib. Beyin çipi taxılmadan əvvəl ağzı ilə tutduğu çubuqla kompüterdən istifadə etdiyini ifadə edən Arbaugh, “İndi bunu yalnız beynimlə edirəm. Ekranda kursorun hərəkətlərini görə bilirsinizmi?” deyib. Canlı yayım zamanı müsahibə verən Neuralink mühəndisi “Musiqinin səsini dayandıra bilərsinizmi?” Arbaugh sözlərindən sonra musiqini dayandırdı və “Hər şeyi edirəm. Çox gözəl deyilmi?” deyib.

Şirkətin ona davamlı olaraq 8 saat oyun oynamaq imkanı verdiyini ifadə edən Arbaugh, bu texnologiyanın mükəmməl olmadığını və bəzi problemlərlə qarşılaşdıqlarını da sözlərinə əlavə edib.

Məlumdur ki, sikkə ölçülü Neuralink cihazı neyronların hərəkətini oxuya bilən və simsiz qoşulduğu qəbulediciyə siqnal göndərə bilən mikroskopik naqillərlə kəllə sümüyünə yerləşdirilib. Şirkət əvvəlcə çipi donuzlar və meymunlar üzərində sınaqdan keçirib və meymunların sadə video oyunları oynaya bildiyini iddia edib. May ayında ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən çipi insanlar üzərində sınaqdan keçirməyə icazə verən Neuralink şirkəti mürəkkəb nevroloji vəziyyətlərin öhdəsindən gəlməyə kömək etmək üçün insan beynini kompüterə birləşdirməyi hədəfləyir.

Mənbə: hurriyyət.tr

Aynur Camal