Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.05.2024-cü il, 31.07.2024-cü il tarixərini əhatə edəcək, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına başladı.
Layihənin rəhbəri, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, 1990-1993–cüillərdə Qarabağ müharibəsində, 2020-ci il 44 gün davam etmiş Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyatında iştirak edərək Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhidləri ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Belə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların xalqın mənəvi dəstəyinə daha çox ehtiyacları vardır.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəfər Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti sayəsində,Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, şəhidlərimizin və yaralı hərbi quluqşularımızın qanları bahasına xalqımıza şanlı zəfəri, möhtəşəm qələbəni bəxş etmiş şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri yalnız onların problemləri deyil, həmçinin bütün cəmiyyətin problemi olaraq, onlara diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Buna görədə həyata keçirilən, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin əsas məqsədi, ictimayyət nümayəndələrinin iştirakları ilə təşkil ediləcək el qonaqları kimi,Bakı və Şirvan şəhərlərində 1990 -1993–ci illərdə davam etmiş Qarabağ müharibəsində, 2020-ci il 44 gün davam etmiş Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyatında iştirak edərək, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuşların ailələrininə və sağlamlıqlarını itirmiş müharibə əlillərinin evlərinə qonaq gedərək, onların tibbi-sosial ehtiyaclarını öyrənib, hər hansı bir problemləri olarsa, həll olunması üçün aidiyyəti olan hökumət qurumlarına müraciət edib həllinə hüquqi köməklik göstərərək mənəvi dəstək verməkdir.
Layihə çərçivəsində həmçinin, Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və veteranları arasında pisixoloji gərginliyi artmışların pixoloji-reabilitasiya olunmaları üçün aidiyyəti xəstəxanalrada müalicə olunmalarına köməklik göstəriləcəkdir.
Azərbaycan Respublikası
Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun Mətbuat Xidməti