Beynəlxalq Banka 21600 manat kredit ödəmişəm, 19600 manatı faizə tutulub – tarixçi alim qan ağladıbackend
Tarixçi alim, dosent Zaur Əliyev ipoteka krediti ilə aldığı mənzil üçün ödədiyi ödənişdən narazılıq edib.

“Yeni Gündəm”-in mılumatına görə, o, feyzbuk statusunda bildirib ki, Azərbaycan Beynəlxalq Bankına ayda 360 manat ipoteka krediti ödəyir: “5 ildir ödəyirəm və əsas borc 35 min manat idi. Bu gün baxıram 5 ildə banka 21.600 manat kredit ödəmişəm, amma əsas borc 32 min manat qalıb. Bank mənim 19.600 manat pulumu faizə, 3 min manatı isə əsas borca silib. Beləcə 15 il də davam edəcək”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yadigar Cəfərli alimin yazdığı statusda bankın mövqeyini ifadə edib. O, bildirib ki, ipoteka borcunun ödənişində müştərinin də razılığı əsasında annuitet sistemindən istifadə edilir: “Bu, kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənişi üçün müntəzəm bərabər aylıq ödənişlərə imkan yaradan bir sistemdir. Annuitet ödəniş qrafiki ilə aparılan ödənişdə borclu krediti ödəməyə başlayanda ilk növbədə onun aylar üzrə ödənişləri kredit üzrə müəyyən edilmiş faizlərə yönəlir. Zamanla faizə yönələn məbləğ azalır, əvəzinə əsas borca yönələn məbləğ artır. Yəni, bu, uzun illər əvvəldən alimlərin işləyib hazırladıqları və hazırda da bütün dünyada tətbiq edilən normal bir praktikadır. Hər kəsin bu barədə məlumatlı olmasında fayda var”.AFN.az