Beynəlxalq Olimpiya gününə həsr olunmuş konfrans keçiriləcəkbackend

Beynəlxalq Olimpiya gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“Yeni Gündəm” xəbər verir ki, iyunun 24-25-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.