Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın fəaliyyətini dayandırdıbackend

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini “sonrakı xəbərdarlığa qədər” dayandırıb.

BOK-un verdiyi bəyanatda qeyd olunub ki, Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojjya vilayətlərindəki təşkilatların Rusiya Olimpiya Komitəsi kimi tanınması “Olimpiya müqaviləsinin pozulması” deməkdir.

Dayandırılma qərarından sonra Rusiya Olimpiya Komitəsi milli komitə kimi fəaliyyət göstərə bilməyəcək və heç bir vəsaitdən yararlana bilməyəcək.

Bəyanatda bildirilirdi ki, BOK Rusiya idmançılarının 2024-cü il Paris Olimpiadasında neytral şəkildə mübarizə aparıb-çıxarmayacağına “uyğun zamanda” qərar verəcək.

Mənbə: TrtHaber

Aynur Camal