“Beynəlxalq təşkilatlar cəbhə bölgəsində baş verənlərlə bağlı məlumatlandırılır” – Spikerbackend

“Milli Məclisin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir: “Parlamentin dostluq qruplarının üzvü olan deputatlarımız müvafiq ölkələrə məktublar göndərir”.