Cənubi Koreyada bıçaqla hücuma məruz qalan ana müxalifət Demokratik Partiyasının lideri Li Jae-myung xəstəxanadan çıxarkən “Döyüşçü siyasətə son qoymalıyıq” deyib. O, açıqlama verib. Yonhap-ın məlumatına görə, yanvarın 2-də Busanın Gadeok adasında tikinti sahəsinə baş çəkərkən boynundan bıçaqlanan Li xəstəxanadan buraxılıb.
Müalicə aldığı Seul Milli Universitet Xəstəxanasından çıxarkən jurnalistlərə açıqlama verən Li, “Ümid edirəm ki, hamımızı təəccübləndirən bu hadisə nifrət və qarşıdurma siyasətinin sona çatmasında və hörmətli bir dövlətin yenidən qurulmasında dönüş nöqtəsi olacaq. Birlikdə mövcud olduğumuz siyasətin iç üzü çox təəssüf ki, budur – rəqiblərimizi öldürüb yox etməliyik. Lakin biz davam etdirdiyimiz döyüşkən siyasətə son qoymalıyıq” deyib.
Hücumçu hərəkətini Linin prezident olmasına mane olmaq üçün həyata keçirib.
Lini bıçaqlayan 67 yaşlı müttəhimlə bağlı Pusan Böyükşəhər Polis İdarəsi tərəfindən açıqlama verilib.
Açıqlamada, “Müttəhim Linin parlamentdə çoxluq qazanmasına və qarşıdan gələn ümumi seçkilərdə prezident olmasına mane olmaq üçün onu öldürməyə qərar verdiyini açıqladı” deyə bəyanat daxil edilib.
Xatırladaq ki, yanvarın 2-də Pusanın Gadeok adasındakı tikinti sahəsinə səfəri zamanı mətbuat mənsublarının suallarını cavablandırarkən hücumçu avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.
Hücumdan sonra Linin həyati təhlükəsi olan vəziyyətinin təhlükədə olmadığı açıqlanıb.
Polis hadisə yerində tutulan təcavüzkarın soyadının Kim olduğu və 1957-ci il təvəllüdlü olduğu barədə məlumatı paylaşaraq, hücumçunun Lini öldürməyi planlaşdırdığını etiraf etdiyini bildirib.
Sosial mediadakı görüntülərdə şübhəlinin bir ay əvvəl Linin Busanda qatıldığı tədbirdə də göründüyü müəyyən edilib.
Mənbə: TrtHaber
Aynur Camal