Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən, “Azərsu” ASC-nin sürücüsü Akif Şükürovun məhkəməsi başlayıb.
“Yenigundem”in verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Zərərçəkən Rufan Hüseynov prosesdə iştirak etməyib.
A.Şükürov bildirib ki, bıçaqladığı Rufanla barışıb. Proses aprelin 16-da davam etdiriləcək. Hadisə Xətai rayonun Əhmədli qəsəbəsi ərazisində yerləşən “Batabat” kafesində şən mahnı sifariş vermək üstündə baş verib.
Qafqazinfo.az