Polşada yaşlı kişi bıçaqla məktəbəqədər yaşlı uşaqlara hücum edərək, uşaqlardan birini yaralamağa müvəffəq olub.
“Yeni Gundem” xəbər verir ki, bu barədə yerli RMF FM radiostansiyası məlumat yayıb.
Hadisə bu gün Poznan şəhərində baş verib. Bir qrup məktəbəqədər uşaq müəllimləri ilə gəzintidə olarkən üzərində bıçaqlı silah olan yaşlı kişi uşaqların yanına qaçaraq onları hədələməyə başlayıb. Radiostansiyanın məlumatına görə, o, beş yaşlı uşağı yaralayaraq hadisə yerindən qaçıb.
Qeyd olunur ki, xəsarət alan oğlan döş qəfəsinin yarası ilə təcili olaraq yerli xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas edə bilməyiblər.
Hücum edən şəxs hadisə yerindən bir qədər aralıda saxlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər yoldan keçənlər və həmin vaxt vəzifədə olmayan bir polis qadın tərəfindən saxlanılıb. Hücum edənin uşaq bağçasının yanında yaşayan 71 yaşlı kişi olduğu üzə çıxıb. “Bizdə onun uşaq və ya ailəsi ilə əlaqəsi olması barədə məlumatımız yoxdur. Biz də onun bu hücumu niyə törətdiyini hələ öyrənə bilməmişik”, – deyə polis bildirib.
Mənbə: Lenta.Ru
Aynur Camal