Biləklərinə adları yazılmış uşaqlar dünyasını dəyişdibackend

Fələstinli ailələr İsrailin bombardmanında öləcəkləri təqdirdə uşaqlarının qollarına adlarını yazıblar. Həmin uşaqların bəziləri İsrailin hücumları nəticəsində həyatını itirib.

İsrailin blokada altındakı Qəzzada vəhşiliyi günü-gündən artır. Təxminən 5 min mülki vətəndaşın həyatını itirdiyi hücumların 17-ci günündə bölgədə ağrılı səhnələr qeydə alınıb. Oktyabrın 17-də İsrailin Əl-Əhli Baptist xəstəxanasına hücumu nəticəsində körpələr və uşaqlar həyatını itirib. Onların cansız bədənləri tanınmaz idi.

Bu qırğından dərhal sonra fələstinli uşaqların qollarına adları və ünvanları yazılmışdı. Məqsəd uşaqların öldüyünü və ya ağır yaralandığını tez bir zamanda müəyyən etmək idi. Həmin uşaqlardan bəziləri də sonrakı hücumlarda həlak olub. Bölgədən paylaşılan videoda biləklərinə adları yazılmış uşaqların cansız bədənləri görünüb.

Mənbə: TGRT Xəbərləri

Aynur Camal