Biləsuvarda “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş keçirilibbackend

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş Nəsimi kənd tam orta məktəbində keçirilib.

Bu barədə “Yeni Gundem”-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.