Binədə 58 yaşlı qadını avtomobil vurdubackend

Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.