Bir ailə yanaraq öldübackend

Rusiyanın Ukraynaya İran PUA-ları ilə hücumu nəticəsində bir ailə məhv edilib. Məlum olub ki, ana övladlarını qorumaq üçün ən kiçik uşağı qucağında tutarkən, digər iki övladı isə onu örtərkən yanaraq ölüb.

Rusiyanın Xarkova pilotsuz təyyarəsinin hücumu nəticəsində bir ailə faciəvi şəkildə həyatını itirib. Xarkovu alov çayına çevirən hücum zamanı yanğınlarda ölən 7 nəfər arasında 35 yaşlı Olqa Putyatina və onun 10 aylıq uşağı da olub və azı 15 ev dağılıb.

Rusiya tərəfindən yerləşdirilən İran dizaynlı pilotsuz uçuş aparatlarının da olduğu hücumlarda 57 nəfər yaralanıb.

Müfəttiş Serhiy Bolvinovun verdiyi açıqlamada o, iki böyük və üç uşaqdan ibarət ailənin “yanacaqdoldurma məntəqəsindən öz evlərinə keçən yanğın nəticəsində öz evlərində girov götürüldüyünü” bildirib. “Atanın meyiti evin dəhlizində, ana və uşaqları isə hamamda tapılıb”, – Bolvinov bildirib.

Qurbanların qohumlarından onların şəxsiyyətini müəyyənləşdirmək üçün DNT nümunələri istənilib. Analıq məzuniyyətində olan Xarkov vilayəti prokuroru Olqa Putyanita və üç övladının evlərinin hamamında öldüyü təsdiqlənib.

Olqanın ən kiçik körpəsi Pavlonu qucağında saxladığı və digər övladları olan yeddi yaşlı Oleksiy və üç yaşlı Mixaylonu qorumağa çalışdığı məlum olub.

Bolvinov deyib: “Yanmanın hərarəti o qədər yüksək olub ki, körpənin sümükləri və bədəni az qala kül olub. Güman edirik ki, ana uşaqlarını qucaqlayıb və sinəsinə sıxıb”.

Mənbə: TGRT

Aynur Cama