Türkiyədə “Süni intellekt tətbiqləri” Təhsil Nazirliyinin kurikulumuna daxil olub.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, seçmə fənlərə daxil olan “Süni intellekt tətbiqləri” kursunda tələbələr praktiki şəkildə müxtəlif layihələr həyata keçirəcək, eyni zamanda bu texnologiyada etik pozuntulara səbəb olan vəziyyətləri öyrənəcəklər.
“Mətnin səsə çevrilməsi”, “Səsin mətnə çevrilməsi”, “dil aşkarlanması”, “dil tərcüməsi”, “şəkil və səsin işlənməsi və təhlükəsizliyi” kimi layihələr üzrə 50 saatlıq təcrübə aparılacaq.
Mənbə: İLKHA
Aynur Camal