Bir qadın snayperlə hədəf alınaraq öldürüldübackend

İsrail snayperləri Qəzzanın şimalında mühasirədə olan Əl-Avde xəstəxanasının bir əməkdaşını hədəf alaraq öldürüb. Qəzza Səhiyyə Nazirliyi verdiyi yazılı açıqlamada, İsrail ordusunun Qəzza zolağının şimalında bir neçə gündür mühasirədə olan Əl-Avde xəstəxanasında çalışan bir qadını hədəf aldığını bildirib.

Açıqlamada İsrail snayperlərinin hədəfinə çevrilən fələstinli qadının həyatını itirdiyi, mühasirədə olan xəstəxanada olanların “su, yemək və dərman” imkanının olmadığı və nəzarətə alındığı vurğulanıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra dekabrın 19-da verdiyi açıqlamada İsrail qüvvələrinin Əl-Avde xəstəxanasını hərbi kazarmaya çevirdiyini və 80-i tibb işçisi olmaqla təxminən 240 nəfəri saxladıqlarını açıqlayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 20 mindən çox fələstinli həlak olub, 52 min 600-dən çox insan isə yaralanıb. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

Mənbə: TGRT

Aynur Camal