Bir qadın və 4 uşağı evdə ölü tapıldıbackend

Parisin şimalındakı Meaux bölgəsində bir evdə bir qadın və dörd uşağının meyiti tapılıb. Polis qətllə bağlı araşdırma başlatdıqlarını və uşaqların atasının qaçdığını açıqlayıb.

Fransanın paytaxtı Parisin şimalındakı Meaux bölgəsində bir evdə 5 nəfərin cəsədinin tapılmasından sonra prokurorluq cinayət araşdırması başladıb.

Polisin verdiyi açıqlamada evdə bir qadın və 4 azyaşlı uşağın meyiti tapıldığı, uşaqların atasının isə qaçdığı bildirilib. Fransa polisi 33 yaşlı şəxsi tapmaq üçün bölgədə əməliyyat başlatdıqlarını açıqlayıb.

Paris bölgəsi noyabr ayında oxşar cinayətlərlə gündəmə gəlmişdi. Polisin verdiyi açıqlamada 41 yaşlı atanın 4, 10 və 11 yaşlı 3 qızını öldürdüyünü etiraf edərək təslim olduğu bildirilib.

Oktyabr ayında isə bir polis məmuru üç qızını evində öldürüb, sonra intihar edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal