Bir qrup Şuşa sakininin Şuşa şəhərinə səfəri təşkil olunubbackend

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaşlı nəslin nümayəndələrindən, Qarabağ qazilərindən, ziyalılardan ibarət bir qrup Şuşa sakininin doğma şəhərlərinə səfərini təşkil edir.

“Yeni Gündəm”-in məlumatına görə, sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləboran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutub və 50 nəfər sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanıblar.