Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukraynanın İsveçrənin ev sahibliyi edəcəyi “Birinci Qlobal Sülh Sammiti”ni təşkil edəcəyini açıqlayıb.
Beynəlxalq media qurumlarından jurnalistlərin iştirakı ilə onlayn keçirilən mətbuat konfransında qiymətləndirmələr edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukrayna ordusunun toqquşmaların baş verdiyi 1200 km-lik cəbhəni müdafiə etdiyinə diqqət çəkib. Rusiyanın son məqsədinin dəyişmədiyini bildirən Kuleba, Rusiyanın uğur qazanacağı təqdirdə Avropa və Orta Asiyanın digər ölkələrinə hücum edə biləcəyini ifadə edərək, “Putin Sovet İttifaqı və Rusiya İmperiyasının təsirini yenidən qurmaq istəyir” deyib.
Ukraynanın Rusiyadan fərqli olaraq əsgərlərin həyatına dəyər verdiyini və buna görə də Ukrayna əsgərlərinin və ölkələrinin həyatını müdafiə etmək üçün texnologiyadan üstünlük kimi istifadə etdiyini bildirən nazir Kuleba, “Cəbhə xəttindəki hücumlara paralel olaraq Rusiya dinc terror aktı törədir. Hər gün dinc əhaliyə raket və dronla Ukrayna şəhərlərinə hücumlar davam edir”.
Beynəlxalq hərbi yardımlarla müdafiə qabiliyyətini 3 dəfə artırdıqlarını və bu il bunu 6 dəfə artırmağı hədəflədiklərini vurğulayan Ukrayna xarici işlər naziri Kuleba, hərbi yardımda prioritetlərinin ‘havadan müdafiə sistemləri’ və şəhərləri qorumaq üçün uzaq mənzilli raketlər olduğunu bildirib. Qara dənizdə Rusiya donanmasını diqqətəlayiq dərəcədə məhv etdiklərini bildirən nazir Kuleba, Birinci Qlobal Sülh Sammitinin İsveçrənin ev sahibliyi ilə Ukrayna tərəfindən keçiriləcəyini vurğulayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal