Birinci xanım Ramazan ayı ilə bağlı paylaşım edibbackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar rəsmi İnstaqram səhifəsində paylaşım edib.

“Yeni Gundem” xəbər verir ki, paylaşımda yazılır:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlanması münasibətilə ürəkdən təbrik edirəm!

Mübarək Ramazan ayı hər kəsin qəlbini saf düşüncələrlə, xoş niyyətlərlə doldursun, hər ocağa bərəkət, hər bir ailəyə sağlamlıq, sevinc, xoşbəxtlik və firavanlıq gətirsin! Böyük Allah dualarınızı qəbul etsin, orucunuzu qəbul etsin!

Dərin hörmət və sevgi ilə,

Sənin MEHRİBANIN” deyir.

Fərahim Rəhimov