Birinin yalan danışdığını saniyələr içində anlaya bilərsiniz!backend

FTB metodu ilə birinin yalan danışdığını saniyələr içində anlaya bilərsiniz!

ABŞ-da Federal Təhqiqat Bürosu (FTB) tərəfindən təlim keçmiş Scott Taylor yalan danışan insanları necə başa düşə biləcəyinizi izah edib. Bədən dili və davranış eksperti Skott bəzi əlamətlərin birləşməsinin yalana işarə etdiyini bildirib.

O konkret və incə işarələr axtararaq kiminsə yalan danışdığını necə müəyyən edəcəyini izah edib. Taylor, göz qırpmaq, üzünə toxunmaq, yanaqlarının qızarması və qeyri-adi göz hərəkətləri kimi bir insanın dürüst olub-olmadığını göstərən bir sıra üz siqnallarının olduğunu söyləyib.

30 ildir təhlükəsizlik və risk sahələrində çalışan Taylor, hər ‘şüuraltı’ işarəsinin tək başına birinin yalan danışdığını ortaya çıxarmadığını, ancaq bir neçə işarənin bir yerdə olmasının diqqətə alınması lazım olan bir vəziyyət olduğunu ifadə etdi. “Xəyanətin vahid göstəricisi yoxdur, lakin bədən dili və müəyyən sözlərin birləşməsi bizə həqiqətən böyük siqnallar verir” Taylor deyib.

3 AÇIQ YALAN SÖYLƏMƏNİN ƏLAMƏTLƏRİ

Taylorun fikrincə, yalan danışmağın üç həqiqətən aşkar əlaməti var; göz qırpma, dodaqları yalama və udma çətinliyi. Ekspert deyib ki, göz qırpmasının dəqiqədə 12-14 dəfə artması stress və təzyiqdən xəbər verir:

”Biz dəqiqədə 12-14 dəfə göz qırpırıq və stress və təzyiq altında olan insanlar göz qırpma sürətini artırır. Dodaq yalama və udma çətinliyi də görürük. “İnsanlar yalan danışarkən, ağzımızı qurudan və tüpürcək ifrazımızı ləngidən stress hormonu kortizol ifraz edirik”.

Taylor, insanların yalan danışarkən üzlərinə, xüsusən də yanaq sümüklərinə toxunduqlarını ifadə edib.

 ”BÜTÜN YALANLAR ZƏRƏRLİ DEYİL”

Scott Taylor, gündəlik həyatda hər kəsin yalan danışdığını, hətta ortaqların hər 10 qarşılıqlı əlaqədən birində bir-birinə yalan danışdığını ifadə edib. Lakin o, xəbərdarlıq edib ki, bütün yalanlar zərərli deyil. Yalanların çoxunun yalandan deyil, səhlənkarlıqdan qaynaqlandığını deyən Taylor, dodaq dişləmənin və ya üzün qızarmasının başqa bir qeyri-səmimilik əlaməti olduğunu ifadə etdi.

“Stress altında olduğunuz zaman, bir az adrenalin buraxırsınız və bu, qan daşıyan elementlərin genişlənməsinə səbəb olur, beləliklə, daha çox qan səthə yaxınlaşır, buna görə də bir qədər qızartı görürsünüz” deyə o bildirib.

 GÖZ HƏRƏKƏTİNİZƏ DİQQƏT OLUN!

Birinin yalan danışdığını anlamaqda göz hərəkətlərinin dəyişdiyini qeyd edən Taylor, “İnsanlar elementlər yaradaraq məzmun yaradarkən fərqli bir göz istinad nöqtəsinə gedəcəklər” deyib.

“Doğru deyənlər çatdırır, yalan danışanlar isə inandırmağa çalışırlar” deyən Taylor, “Bu insanlar əsasən rol oynayırlar, ona görə də daha çox göz təmasından istifadə edirlər və bununla da inandırıcı olduqlarını düşünürlər”.

Mənbə: Tgrthaber.com.tr / Tərcümə

Aynur Camal