Gəncə şəhərində internet çəkən fəhlə yıxılaraq ağır xəsarət alıb.
“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə martın 10-da baş verib. Gəncə şəhərində fəaliyyət göstərən “Birlink” şirkətində fəhlə işləyən Qalib Quliyev günorta radələrində şirkətə məxsus internet xətti üçün nəzərdə tutulan dirəyin yuxarı hissəsində işləyən zaman ehtiyatsızlıqdan yıxılaraq baş-beyin silkələnməsi xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən Q.Quliyevin vəziyyəti ağırdır. Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.