“Biz, Azərbaycan vətəndaşları olaraq Mehriban xanımın ətrafında sıx toplaşmağa hazırıq!” – Fuad Heydərbackend

İnsan anadan olduğu gündən həyatın çətinliklərini dadmağa başlayır. Bu çətinliklərin öhdəsindən məharətlə gəlməyi, eyni zamanda bu yolda milyonların sevgisini qazanmağı, ən gözəl insani keyfiyyətləri özündə əks etdirməyi yalnız mükəmməl insanlar bacara bilər. O insan ki, xalqına dayaq olaraq, ölkəsinin dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasına yazdırmaq üçün əlindən gələni əsirgəmir. O insan ki, ölkəsinin körpə, cavan, yaşlı ayırd etmədən hər bir vətəndaşına qayğı və sevgi ilə yanaşır, onların problemlərinin həllinə kömək olmağa çalışır.

Bəli, hər ölkəyə nəsib olmur belə gözəl inci. O şəxs Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Ölkəmizin mirvari incisi olan Mehriban xanım özünü xalqının xoşbəxtliyinə həsr etmişdir. Həm gözəl həyat yoldaşı, həm mehriban ana, həm də xalqın sevimlisi olan Mehriban xanım əsl Azərbaycan qadını nümunəsidir. Gənclərimizin vətənpərvər ruhda yetişməsi, onların mükəmməl təhsil alması və əsl azərbaycanlı tərbiyəsini mənimsəməsi üçün Meriban xanım ölkəmizin gənclərinin inkişaf etmiş ölkələrə inteqrasiyasını təmin edərək gələcək kadrların dünyagörüşünün formalaşmasına böyük dəstək olmuşdur.

Təkcə ölkəsində deyil, müxtəlif ölkələrdə belə sevilən Mehriban xanım fevralın 22-də Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Budur ki, gözəl incimizin parlaqlığı bütün dünyaya yansımaqdadır.

Bu gün, yəni 26 avqust Azərbaycanının mirvari incisi Mehriban xanım Əliyevanın doğum günüdür. Öncəliklə bildirmək istəyirəm ki, Mehriban xanım sadə, zərif, mehriban, ədalətli və nəcib insandır. Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun, sağlam, fərəhli və uğurlu ömür arzu edirəm. Sizin ölkəmiz, xalqımız üçün çəkdiyiniz əziyyətləri hər bir Azərbaycan vətəndaşı görür və dəyərləndirir. Biz, Azərbaycan vətəndaşları olaraq sizi dəstəkləyir, ən çətin məqamda ətrafınızda sıx toplaşmağa hazırıq!

Fuad Heydər 

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini.