“Biz etmədik” deyə bilmədi!backend

İsrail rəsmisinə İrandakı hücumla bağlı sual verilib: “Biz etmədik” deyə bilmədi!

İsrail Ordusunun sözçüsü Həcəri İranda 95 nəfərin ölümü ilə nəticələnən terror hücumları ilə əlaqəsinin olub-olmaması sualına cavab verməkdən yayınıb.

 İranda İnqilab Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin məzarı başında keçirilən anım mərasiminə bombalı hücum dünyanın gündəmində olub.

Ən azı 95 nəfərin öldüyü, 211 nəfərin yaralandığı hadisədən sonra Tehrandan İsraili hədəf alan çoxlu təhdid və qisas mesajları gəlib.

Təl-Əviv rəhbərliyini şübhə altına alan bu açıqlamalardan sonra İsrail Ordusunun sözçüsü Daniel Həqari mətbuat konfransı keçirərək iddiaları faktiki olaraq təsdiqləyib. Mətbuat konfransında Həcəri bir jurnalistin İsrailin İrandakı hücumlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualına belə cavab verib: “Mən bu məsələyə münasibət bildirməyəcəyəm”. O cavab verdi:

 Ordu sözçüsü Həcəri, “Deyə bilərəm ki, HƏMAS ilə müharibəyə fokuslanmışıq. Bu müharibə üçün əldə edilməli olan dəqiq hədəflər var və biz bu hədəflərə çatmaq üçün çalışmaqda davam edəcəyik” deyib.

Hizbullahın HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsinə görə qisas alması ilə bağlı suala Həcəri, “Şimaldakı qarşıdurmalarda və Hizbullahın hərəkətlərində də çətinliklər var. Bu gün də var idi, bəzilərini şimal sərhədində blokladıq” deyə o cavab verib.

Yalnız Livan sərhədində deyil, Qırmızı dəniz və Suriya tərəfində də çətinliklə üzləşdiklərini bildirən Həğari, İsrail ordusunun Dəməşq çölünə maddi ziyan vuran hücumlarına işarə edib.

Xatırladaq ki, ötən gün Kirman əyalətində İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

Süleymaninin məzarının yerləşdiyi qəbiristanlığın yaxınlığında baş verən partlayışlarda 103 nəfərin öldüyü bildirilsə də, sonradan rəsmi qurumlar bu rəqəmi 95 nəfərə çatdırıb. Söz mövzusu hücumda 211 nəfər yaralanıb.

İran rəsmiləri partlayışları terror hücumu kimi qiymətləndirərək qisas mesajları veriblər.

Mənbə: TGRT

Aynur Camal