“Biz Fələstindən qaçqın istəmirik”backend

İordaniya kralı II Abdullah Almaniyaya səfər edib.Almaniya kansleri Olaf Şolzla görüşündən sonra kameralar qarşısına keçən Abdullah Fələstinli qaçqınlarla bağlı mesajlar verib. Almaniya kansleri Şolzla görüşən Kral Abdullah “İordaniya və Misirdəki qaçqınlara yox” deyib. Abdullah məsələnin Qəzza və İordan çayının qərb sahilində həll edilməli olduğunu vurğulayıb.

“Yeni Gundem” xəbər verir ki, İordaniya ən çox fələstinli qaçqına ev sahibliyi edən ölkədir.

Kral Abdulla fələstinli qaçqınları Misir və İordaniyaya sıxışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edərək, Qəzza və İordan çayının qərb sahilində humanitar vəziyyətin müzakirə edilməli olduğunu deyib: “Bu bizim qırmızı xəttimizdir. Çünki düşünürəm ki, bu, bəzi adi şübhəli şəxslərin yerlərdə aktual problemlər yaratmaq planıdır. İordaniya və Misirdəki qaçqınlara yox deyirik”.

Kral Abdulla qeyd edib ki, Fələstin məsələsi və fələstinlilərin gələcəyi başqalarının çiyninə qoyulmamalıdır.

Qəzzalıların qida, su və elektrik çatışmazlığı yaşamasının qəbuledilməz olduğunu bildirən İordaniya kralı, “Dünya hər iki tərəfdən mülki ölümləri pisləməlidir” deyib və əlavə edib:

“Mümkün qədər tez gərginliyin aradan qaldırılması istiqamətində işləmək və bu münaqişənin bütün tərəflərində günahsız mülki insanları qorumaq vacibdir. Biz bu zorakılıq dövrünü ildən-ilə davam etdirə bilmərik. Nə qədər ki, israilliləri və fələstinliləri bir araya gətirən və israillilərlə ərəblərin bir araya gəlməsinə imkan verən siyasi üfüq yoxdur, bu, heç birimizin dözə bilməyəcəyi bir zorakılıq dövrü olaraq qalmağa davam edəcək”.

BMT-nin məlumatına görə, hazırda İordaniyada 2 milyondan çox məcburi köçkün fələstinli yaşayır.

İsrail ordusu bildirib ki, gözlənilən quru hücumundan əvvəl Qəzza əhalisinin çoxu məcburi köçkün olmalıdır. İordaniya Kralı bütün bölgənin yeni bir ölüm və məhv dövrü ilə uçurumdan yıxılma astanasına gətirildiyini təsvir edib.

Müharibənin dayandırılmadığı təqdirdə Qəzzada “son dərəcə faciəvi və təhlükəli vəziyyətin” daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edən Abdullah, bu müharibənin genişlənməsi təhlükəsi realdır” deyib.

Daha geniş bir qarşıdurmanın hər kəsə “çox baha başa gələcəyini” ifadə edən Abdullah, “O nöqtəyə çatmamağımız üçün bütün səylərə ehtiyacımız var” deyə əlavə edib.

Birgə mətbuat konfransında Scholz, həmçinin Yaxın Şərqdə gərginliyin qarşısının alınmasına çağırıb və “Hizbullah və İrana açıq şəkildə xəbərdarlıq edirəm ki, münaqişəyə qarışmasın” deyib.

Almaniya kansleri isə bildirib ki, İordaniya ilə regionda “dəhşətli yanğının” qarşısını almaq üçün ortaq məqsəd var. “Qəzzədəki Fələstin xalqı da HƏMAS-ın qurbanıdır”, – kansler bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal